Azərbaycanda Yaşayış və Köç: Əmlak Sahibləri üçün Şərtlər, Xərclər və Üstünlüklər
Azərbaycana köçmək üçün əsas imkanlardan biri dəyəri 100 000 AZN (təxminən 59 000 USD) və daha yüksək olan daşınmaz əmlaka sahib şəxslərə verilən yaşayış icazəsidir. Bu icazə ölkədə qanuni yaşamağa və əsas sosial imkanlardan istifadə etməyə şərait yaradır. Yaşayış xərcləri Bakıda iki nəfərlik ailənin orta aylıq xərcləri — kirayə, ərzaq, nəqliyyat və gündəlik tələbat daxil […]
Azərbaycana köçmək üçün əsas imkanlardan biri dəyəri 100 000 AZN (təxminən 59 000 USD) və daha yüksək olan daşınmaz əmlaka sahib şəxslərə verilən yaşayış icazəsidir. Bu icazə ölkədə qanuni yaşamağa və əsas sosial imkanlardan istifadə etməyə şərait yaradır.
Yaşayış xərcləri
Bakıda iki nəfərlik ailənin orta aylıq xərcləri — kirayə, ərzaq, nəqliyyat və gündəlik tələbat daxil olmaqla — 1 200–1 500 AZN (700–880 USD) təşkil edir. Bu göstərici Bakını regionun ən əlçatan və inkişaf etmiş şəhərlərindən birinə çevirir.
Təhsil və uşaq müəssisələri
Yaşayış icazəsi olan əmlak sahibləri övladlarını dövlət və ya özəl məktəblərə və bağçalara qeydiyyatdan keçirə bilərlər.
Özəl beynəlxalq məktəblər — Baku Oxford School, The International School of Azerbaijan — Britaniya və IB proqramları təklif edir.Bağçaların qiyməti ayda 250–1000 AZN (150–600 USD) arasında dəyişir.
Ev heyvanlarının gətirilməsi
Ev heyvanını Azərbaycana gətirmək üçün baytarlıq pasportu, mikroçip və qüvvədə olan quduzluq peyvəndi tələb olunur. Sənədlər düzgün olduqda, karantin tətbiq edilmir.
Təmir və mebel
Bakıda təmir və dizayn sektoru sürətlə inkişaf edir. Mənzilin kompleks təmiri materiallardan və tərtibat səviyyəsindən asılı olaraq 1 m² üçün 300–1200 AZN (175–700 USD) təşkil edir.
Mebeli həm yerli istehsalçılardan, həm də IKEA, Mebel City, Bellona, Lazzoni kimi beynəlxalq brendlərdən almaq mümkündür.
Ərzaq və gündəlik xərclər
Ərzaq qiymətləri münasibdir:
çörək — 0.7 AZN
süd (1 L) — 1.3 AZN
ət (1 kq) — 14–22 AZN
kafe-də qəhvə — 4–8 AZN
Əksər məhsullar Bravo, Araz, Bazarstore kimi böyük marketlərdə və fermer bazarlarında satılır.
Kommunal xərclər
Azərbaycanda kommunal ödənişlər region üzrə ən aşağı səviyyələrdədir. 80–100 m² mənzil üçün aylıq xərclər adətən 70–120 AZN (40–70 USD) olur.
Müasir yaşayış komplekslərində idarəçi şirkətlərin xidmət haqqı 1 m² üçün 0.5–2 AZN təşkil edir.
Niyə Azərbaycan yaşamaq üçün rahatdır?
Azərbaycan Avropa rahatlığını və Şərq qonaqpərvərliyini özündə birləşdirir. Burada əmlaka sahib olmaq həm səmərəli investisiya, həm də Xəzər sahilində sakit, rahat həyat qurmaq üçün gözəl imkandır.
